“1 həftədir GMO qanunun qəbulu ilə bağlı petisiya paylaşırıq, hələ 50 nəfər imzalayıb. Qurbağanın haqqını qoruduğunuz qədər niyə övladınızın gələcəyini qorumursunuz?”
Bu sözləri “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirib. Qeyd edib ki, uşaqlarımıza qurbağaya ediləndən də dəhşətli işgəncələr verilsə də biz bunun fərqində deyilik:
“Sonsuzluq, anormal doğumlar artıb, hamilə qalan hər 10 qadından 6-7-si dölü yarımçıq düşürür, inkişafdan qalır, əli-ayağı olmayan, cürbəcür anomaliya ilə inkişaf edən uşaqları doğulmamış ana bətnində öldürüb abort edirlər heç cəmiyyətin xəbəri olmur, bunlar elə-belə, kef üçün olur?
Biologiya dərsində neyləməli idi müəllim? Nə qədər soğan pərdəsinə baxacaq uşaqlar mikroskopla? Sonra da savadlı həkim, bioloq və s. yoxdur deyirik. Savadı kitabdan əzbərlədiyinlə qazanmaq olur, amma təcrübə lazımdır. Bu gün qurbağanın üstündə təcrübə keçməyən tələbə sabah həkim olanda insanların üstündə təcrübə keçəcək”.
Medianews.az