Fevralın 24-də Putinin göstərişi ilə Rusiya ordusu Ukrayna ərazisinə soxulub. İki aya yaxındır davam edən müharibə Ukraynanın bir çox şəhərlərini yanğın yerinə çevirib. Hücumlarda yüzlərlə insan həlak olub, minlərlə insan yaralanıb.
Medianews.az xəbər verir ki, gərginliyin davam etdiyi bir vaxtda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Mariupolda 1026 Ukrayna əsgərinin təslim olduğunu iddia edib.
Bunun ardından Rusiya televiziyaları Mariupolda Ukrayna əsgərlərinin təslim olmasının görüntülərini təqdim edib.
Rusiya Müdafiə Nazirliyi 1160 əsgərinin təslim olduğunu elan edərkən Mariupolun Putin üçün böyük strateji əhəmiyyətə malik olduğu bir daha vurğulanıb.
Həftələrlə şəhəri müdafiə edən Ukrayna ordusunun 36-cı Dəniz Bölməsinin “Facebook” hesabında yayımlanan açıqlamada, Mariupolda son 24 saatda 1160 Ukrayna əsgərinin təslim olduğu açıqlanıb. Bildirilib ki, hərbi əsirlərdən 176-sı zabit, 47-si isə qadın əsgərdir.
Rusiya şəhəri ələ keçirsə, o, nəinki Azov dənizinə tam nəzarəti təmin edəcək, həm də 2014-cü ildə ilhaq etdiyi Krımı şərqdə Moskvanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində olan Donbasla birləşdirəcək.
MARİUPOL PUTİN ÜÇÜN NİYƏ BU QƏDƏR ÖNƏMLİDİR?
Müharibədən əvvəl 400 mindən çox insanın yaşadığı liman şəhəri Mariupol sənaye və kənd təsərrüfatı baxımından əhəmiyyətli bir nöqtədir. Ukraynanın işğalında Rusiya üçün də böyük strateji əhəmiyyətə malikdir. Rusiya şəhəri ələ keçirsə, o, nəinki Azov dənizinə tam nəzarəti təmin edəcək, həm də 2014-cü ildə ilhaq etdiyi Krımı şərqdə Moskvanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində olan Donbasla birləşdirəcək. Belə olan halda Mariupol Rusiyanın Ukraynada ələ keçirdiyi ilk böyük şəhər olacaq. Bu, Ukraynada ağır itkilər verən və irəliləməkdə çətinlik çəkən Rusiya ordusuna mənəvi dəstək ola bilər.
Turan Oruc
Medianews.az