Türkiyədə gənc qıza qarşı dəhşətli əməl törədən 5 nəfər saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.
Belə ki, Demet adlı 22 yaşlı gənc qızı boynuna kəndir bağlayaraq qaçırıblar.
Həyatının ən çətin günlərini yaşadığını ifadə edən Demet hadisənin necə baş verdiyini danışıb: “Mənə heç vaxt unutmayacağım əzab verdilər. Məni lüt soyundurub bu anları lentə aldılar. Psixoloji dəstək alacağam. Yaşadığım dəhşəti unuda bilmirəm”.
Konyada kafe işlədən Murat D. sevgilisi və ortağı Sara D., onun rəfiqəsi Tuğba D.-ni götürərək Demet adlı gənc qızın işlədiyi kafeyə gedib. Gənc qıza zəng vurub mühüm məsələ olduğunu və danışmaq istədiyini deyən Murat D. Demet çıxan kimi qadın dostları ilə birlikdə onu maşına zorla mindiriblər.
Qadınlar tərəfindən kəndirlə bağlanaraq bıçaqla hədələnən Demet qışqırıb kömək istəyə bilməyib. Şübhəlilər gənc qızı mərkəz Selçuklu rayonunda yerləşən mənzillərinə aparıblar. Şübhəli şəxslər gənc qızı kameralara düşməmək üçün arxa qapıdan binaya salıblar. Mənzilə daxil olduqdan sonra onun əl-ayağını bağlayıb işgəncə verməyə başlayıblar.
Hadisənin qadınlar arasında qısqanclığ ucbatından baş verdiyi bildirilir. Belə ki, gənc qızı qaçıranlardan biri Demetin həyat yoldaşı ilə münasibəti olduğunu iddia edib.
22 yaşlı gənc onun həyat yoldaşı ilə heç bir münasibəti olmadığını desə də Sara D. gənc qıza inanmayıb və işgəncələrini davam etdirib. Onlar gənc qızı çılpaq şəkildə soyundurub, üzündə siqaret söndürüb , saçını qayçı ilə kəsib və bu anları mobil telefon ilə lentə alıblar.
3 saat davam edən işgəncədən sonra Demet adlı gənc qızı sərbəst buraxıblar.
Hadisəni törədən 5 nəfər həbs edilib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Turan Oruc
Medianews.az