Koronavirusla vidalaşdığımız vaxtda yeni bir virus infeksiyası yayılıb. Bu virusa isə daha çox uşaqlar arasında rast gəlinir. Virusun ilkin əlmamətəri halsızlıq, yüksək temperatur, öskürək və ishaldır.
Bəzi valideyinlər sürətlə yayılan virusdan narahatlıq hissi yaşamağa və koronavirusun yeni növü olmasından qorxmağa başlayıblar.
Həkim Mərdan Əliyev Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bu virusun koronavirusla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, uşaqlar arasında yayılan virus mövsümidir.
“Narahatçılığ heç bir əsas yoxdur. Bir müddətdir uşaqlar arasında yayılan virus daha çox rota virusa oxşayır. Çünki rota virusda həm qrip, həm də bədə-mağırsaq əlamətləri olur.
Hər il fəsil dəyişən vaxtı bu cür virusların yayılması halı baş verir. Bir müddət sonra isə yoluxmalar azalmağa doğru gedir.
Adətən bu kimi viruslara məktəb və bağça yaşlı uşaqlar daha tez yoluxur. Çünki kollektiv içərisində daha çox olurlar”, – deyə həkim bildirib.
Leyla
Medianew.az