Çərşənbə, 22 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Bilirdim ki, cənab prezidentin qarşısında çıxışım var, amma belə bir səmimi dialoqu gözləmirdim”

XƏYALƏ
13/04/2022 18:11
1
BAXIŞ
FacebookTwitterTelegram

 

“Hər yarışdan, qalibiyyətdən sonra mənə çoxlu təbrik mesajları və zəngləri gəlir. Təbii ki, ilk olaraq valideynlərimlə danışıram. İlk sualları da bu olur ki, ağrıyan yerin yoxdur? Onlar mənim bütün əziyyətlərimi görüblər. Sonuncu Olimpiya oyunlarından sonra valideynlərim dedi ki, artıq kifayətdir! Çünki gözümü itirməklə üz-üzə qalmışdım. Məşq etməyə belə icazə vermirdilər. Şükür Allaha hər şey artıq geridə qaldı”.

Sərbəst güləş üzrə 3 qat Dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. O daha sonra cənab prezidentlə görüşündən danışıb.

“Cənab prezidentlə görüş bizim üçün çox sevindirici oldu. Budapeştdə birincilik qazananda düşünürdük ki, görəsən cənab prezident bizi qəbul edəcək ya yox?! Bilirdim ki, cənab prezidentin qarşısında çıxışım var, amma belə bir səmimi dialoqu gözləmirdim. Həqiqətən də mənə çox xoş oldu. Bir daha əmin oldum ki, ölkə başçımız idmana, bizlərə böyük diqqət və qayğı göstərir, bizlərlə yaxından maraqlanır. Təbii ki, bu bizim məsuliyyətimizi daha da artırır. Demək olar ki, bizim komandada digər idmançılardan yaşca böyüyü mənəm. Hamısı gənc güləşçilərimiz idi. Onlar üçün da bu görüş böyük bir stimuldur” deyə Hacı Əliyev bildirib.
O, daha sonra illər öncə Tokioda keçirilən olimpiya oyunlarından danışıb.
“Tokioda keçirilən olimpiya oyunlarında belə bir söz işlətmişdim ki, ola bilsin son olimpiya oyunumdur, amma deməmişdim ki, idmandan, ən əsası da olimpiya oyunlarından uzaqlaşıram. Bu sözü mən televiziyalara deyil, saytlara müsahibəmdə açıqlamışdım. Cənab prezidentin bundan xəbəri var idi. O vurğuladı ki, yaxşı ki, idmanda qalmısan, getməmisən. Ölkə başçısı qeyd etdi ki, siz artıq bizim çempionumuzsunuz. 2017-ci ildə 3-cü dəfə dünya çempionu oldum. O vaxt da cənab prezidentlə görüş oldu. Cənab prezident məni o vaxt fərdi təqaüdü ilə təltif etmişdi. O vaxt da prezident bildirdi ki, 3 dəfə dünya çempionu olmaq olimpiya çempionu olmağa bərabərdir” deyə o bildirib.

Hacı Əliyev növbəti hədəflərindən də danışıb.

“Növbəti hədəfim Paris-2024 Yay Olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Ümumilikdə isə Olimpiya oyunlarında iştirak etməyin özü böyük bir uğurdur. Bu dəfə də qatılsam 3-cü dəfə olacaq ki, iştirak edəcəyəm. Yerli idmançılardan 3 dəfə Olimpiya medalı alan idmançımız yoxdur. Medalın, neçənci yerə layiq görülməyimin mənim üçün o qədər də önəmi yoxdur. İdmançı var ki, medal qazanır, idmançı da var ki, tarix yazır. Mən istəyirəm ki, hər dəfə tarix yazım. İdmançılar var ki, uğurlu nəticə qazanırlar, özlərinə şərait yaradıb, idmandan uzaqlaşırlar. Mən də nəsə biznes açıb, başqa sahədə çalışa bilərdim. 2014-cü ildən bu günə qədər mən hər il fərqli nəticələr göstərirəm. Mən həyatımı güləşlə qurmuşam. Nə qədər ki, canım sağlamdır, yeni-yeni qələbələr qazanıb, ölkəmə xidmət edəcəyəm” deyə dünya çempionu bildirib.

Hacı Əliyev ən böyük arzusundan da danşıb.
“Ən böyük arzumdur ki, ölkəmizdə mənim adıma güləş məktəbi yaradılsın. Bilmirəm bu olacaq ya yox? Bunu gələcək göstərəcək. İstərdim ki, o məktəbdə güləşçilər yetişdirim. Çünki hər şey məktəbdən başlayır. İnanıram ki, dövlətimiz tərəfdən nə vaxtsa bu olacaq” deyə idmançı bildirib.(Moderator.az)

DAHA ÇOX OXU

Cəmiyyət

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59
İdman

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06
Cəmiyyət

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45
Cəmiyyət

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35
Cəmiyyət

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20
Cəmiyyət

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09
SON XƏBƏR

Ersin Tatar: “Anastasiadisin yanaşması regional və qlobal sabitliyə xidmət etməyəcək”

12 yaşlı Azxeber.com

Taleh Kazımov Mərkəzi Bankın sədri təyin edildi

Xəbər lenti

Xəstəxanalarda QORXUNC TENDENSİYA BAŞLADI

22/03/2023 09:42

Dəhşətli HADİSƏ – ÇOX SAYDA İNSAN HƏLAK OLDU

22/03/2023 09:22

İyrənc hadisə: İş qadınını huşunu itirənə kimi döydü, daha sonra zorladı – FOTO

22/03/2023 08:24

İlin ən kədərli günü AÇIQLANDI

22/03/2023 07:59

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

22/03/2023 07:49

Təzə isti çörək yemək zərərlidir

22/03/2023 07:38

Səhər yeməyinə bunları yemək faydalıdır

22/03/2023 07:27

Rusiyada da zəlzələ oldu

22/03/2023 07:21

Həkimi Kirkorovun əməliyyatdan sonrakı görüntüsünü paylaşdı

22/03/2023 07:00

“Çox ağır günlər keçirirəm”

22/03/2023 06:40

FILE PHOTO: 3D printed natural gas pipes are placed on displayed EU and Russian flags in this illustration taken, January 31, 2022. REUTERS/Dado Ruvic/Illustration/File Photo

Avropa Rusiya qazı olmadan qışdan necə çıxdı?

22/03/2023 06:23

“Fənərbağça” prezidenti “Qalatasaray”dakı həmkarını debata çağırdı

22/03/2023 06:06

Zelenski G7 sammitində iştirak edəcək

22/03/2023 05:50

Özbəkistanda güclü zəlzələ baş verdi

21/03/2023 22:45

“Qızımı tapmaq üçün Xoşqədəmə müraciət etsəm kömək edər?” – Xalq artistinin oğlu – FOTO

21/03/2023 22:35

İldə iki dəfə yemək bişirir — Doğuşdan Xoşqədəmə

21/03/2023 22:20

Daha bir ölkədə 6,8 bal gücündə zəlzələ OLUB

21/03/2023 22:09

Toy mərasimindəki şouda gəlin həyatının ŞOKUNU YAŞADI – VİDEO

21/03/2023 22:03

Şizofreniya xəstəliyinin ƏLAMƏTLƏRİ

21/03/2023 21:44

Küçədə yaşlı kişinin sinəsindən bıçaqlayıb QAÇDI

21/03/2023 21:21

İrandan Azərbaycana qarşı təxribat — Hərbi təyyarələr yenə uçuşlar edir

21/03/2023 21:08

Dilarə mərhum “Toppuş bacı”nın qızı ilə… – FOTOLAR

21/03/2023 21:05

Rusiya raketləri Krımda MƏHV EDİLDİ

21/03/2023 21:01

Ermənilərlə ruslar görün nə edir – MÜDAFİƏ NAZİRLİYİ VİDEO YAYDI

21/03/2023 20:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.