Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya rəsmi səfər edəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazirin rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin səfəri zamanı iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli gündəliyin digər mövzuları müzakirə olunacaq.
Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş nazirinin Rusiyaya səfər edəcəyini demişdi.