Türkiyədə şəxsiyyəti məlum olmayan 2 gənc qız parkda mübahisə etdikləri qızı təpik və yumruqlarla döyüblər.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Qorxunc anlar mobil telefon vasitəsiilə lentə alınıb.
Şəhərin mərkəzi parklarından birində baş verən hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Aldığı zərbələrdən yerə yıxılan gənci vurmağa davam edən qızları parkdakı insanlar saxlayıb. Sözügedən hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra insanların qəzəbinə səbəb olub.
Bursa polisi görüntülərdəki iki gənc qızı tapmaq üçün araşdırmlara başlayıb.
Medianews.az