Sosial şəbəkələrdə yayılan videoda Ukrayna ordusuna məxsus helikopterin döyüş anları yer alıb.
Medianews.az xəbər verir ki, helikopterin içərisindən qeydə alınan görüntülərdə pilotun hədəfləri vurması aydın şəkildə görünür.
Bildirək ki, Ukrayna ilə Rusiya arasında müharibənin 44-cü gününə daxil olub. İstanbuldakı sülh danışıqlarından sonra rus ordusunun qismən də olsa geri çəkilməsi bölgə gərginliyi azaldıb. Digər tərəfdən Ukrayna ordusuna aid helikopterin Donbass xəttində Rusiya ordusuna qarşı hücumlarının görüntüləri ortaya çıxıb.
Gün ərzində sosial mediada sürətlə paylaşılan videoda Ukrayna ordusunun istifadə etdiyi Mi-24/Mi-8 model helikopterinin hücum görüntüləri yer alıb. Görüntülərdə vertolyotun alçaq uçuş edərək hədəflərini vurduğu, havada baş verən qarşıdurmaların ilk dəfə bu qədər yaxından izləndiyi görülüb.
Onu da qeyd edək ki, müharibə ilə bağlı yeni açıqlamalar verən Kremlin sözçüsü Dmitri Peskov, “Ukrayna ilə müharibədə əhəmiyyətli dərəcədə itkilərimiz var, bu, bizim üçün böyük faciədir” deyib.
Ukrayna Müdafiə Nazirliyinin son açıqlamasına görə, 44 gün ərzində cəbhədə ümumilikdə 18300 rus əsgəri həlak olub. Açıqlamada həmçinin, Rusiya ordusunun 586 tankı, 1694 zirehli hərbi maşın, 302 artilleriya atəş sistemi, 95 çoxbarrelli reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 123 döyüş təyyarəsi, 127 helikopter, 66 pilotsuz uçuş aparatı, 11730 avtomobil, tanklar.7 gəmi, 21 xüsusi texnika və 4 operativ-taktiki raket kompleksinin də məhv edildiyi bildirilib.
Turan Oruc
Medianews.az