Medianews.az xəbər verir ki, Ukrayna Dəmir Yolları Rusiya qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərinin qatar stansiyasına raket hücumu nəticəsində təxliyyə gözləyən 30-dan çox mülki şəxsin həlak olduğunu, 100-dən çox mülki vətəndaşın isə yaralandığını bildirib.
Ukrayna Dəmir Yollarının Telegram kanalından verilən açıqlamada, Kramatorsk qatar stansiyasına 2 raket atılıb. İlkin təsbitlərə görə, 30-dan çox mülki şəxs həlak olub, 100-dən çox mülki şəxs isə yaralanıb.
Xəyalə Rəis
Medianews.az