Beyləqanda kişi çəliklə arvadına xəsarət yetirib.
Beyləqan rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, aprelin 7-də rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Nuru Həsənov şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.