Ramazan ayının gəlişi ilə iftar saatlarında restoranlara üz tutanların sayı da artıb. Hətta şəhərin elə restoranları var ki, ifftar vaxtına saatlar qalmışdan rezerv edilir.
İlahiyyatçı Ağa Hacıbəyli Medianews.az saytına açıqlaması zamanı bildirib ki, dinimizdə iftar anlayışı anlayışı tək insanın özünün iftar etməsi deyil, tam əksinə ac qalmış, möhtac olan adamların qarnını doyurmaq, qəlbini sevindirmək deməkdir.
“Ramazan ayı rəhmət ayıdır. O, özü ilə bərabər böyük bir kültür daşıdığı üçün “kültür ayı” sayılır. Bu ayın ən böyük özəlliklərindən biri də insanların maddi vücudunun bir növ kiçilməsi, mənəvi dünyasının isə böyüməsi mənasını ifadə etməkdədir. Razaman gələr-gəlməz insanın ruhuna, düşüncəsinə, təffəkkürünə daha çox xitab edir, nəinki mədə, bağırsaq və bu kimi digər şeylərə.
Bu baxımdan da təbii ki, iftrarın da özəl yeri var. İftar da mədəniyyətin bir parçasıdır. İftar paylaşmaq anlayışını daşımaqdadır. Dinimizdə iftar anlayışı anlayışı tək insanın özünün iftar etməsi deyil, tam əksinə ac qalmış, möhtac olan adamların qarnını doyurmaq, qəlbini sevindirmək deməkdir”.
İlahiyyatçının sözlərinə gör, Ramazan ayında comərdlik damarının qabarması ilə cəmiyyətin və ictimai həyatımızdakı möhtac insanların da bərəkətli süfrələrdən yararlanması dayanır.
“Amma çox təəssüflər olsun ki, biz bunu yox, tamamilə fərqli hal görürük. İmkanlı insanlar, dostar bir araya gəlirlər və böyük məbləğlərdə süfrələr açdırırlar. Təm-təraqlı süfrələrlə Ramazanı idarə etməyə çalışırlar. Bu hal dinimizlə doğru anlayış deyil. Dinimizə görə təm-təraq qəbul olunmazdır”.
Leyla
Medianews.az