Xəbər verdiyimiz kimi, aprelin 3-ü “Location” gecə klubunda partlayış olub.
Medianews.az xəbər verir ki, partlayış anının görüntüləri yayılıb.
Həmin videonu təqdim edirik:
Medianews.az
Qeyd edək ki, aprelin 3-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Hazırda xəstəxanalarda 16 nəfər yaralı müalicə alır. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir. Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.