Çərşənbə axşamı, 5 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

İlham Əliyev və Nikol Paşinyan görüşəcək – Hansı mövzular müzakirə olunacaq?

TURAN
31/03/2022 16:08
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

Aİ Şurasının saytında verilən məlumata görə, aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Siyasi şərhçi Elçin Xalidbəyli Medianews.az saytına keçiriləcək görüşlə bağlı şərh verən zaman bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel təmsil etdiyi qurumun adından Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürməyə cəhd edir.

Onun sözlərinə görə, əslində, bu, ilk dəfə deyil. Ötən ilin sonlarında da Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməsinə nail olmuşdu:

“Onu da qeyd etmək lazımdır ki, Brüsseldə keçirilmiş həmin görüşün baş nazir Nikol Paşinyanın xahişi ilə reallaşdırıldığı ilə bağlı da müəyyən məlumatlar mövcud idi. Ancaq Brüssel görüşünün Qərb siyasi dairələrinin qeyri-rəsmi təlimatı ilə Ermənistan baş naziri tərəfindən gündəmə gətirildiyi ehtimal edilirdi.

Görüş ərəfəsində Rusiyanın buna kəskin reaksiya verməsi də həmin məlumatların doğru olduğunu göstərirdi. Kreml tez-tələsik Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskva görüşünün keçirilməsinə nail olmaqla, Brüssel görüşünü əhəmiyyətdən salmağa çalışdı. Hətta Moskva görüşündə Azərbaycan və Ermənistan bir çox önəmli məsələlər üzrə ciddi anlaşmalar əldə etdiklərindən Brüssel görüşünü formal xarakter daşımış kimi göründü.

Brüssel görüşünə Kremlin belə kəskin reaksiya verməsinin əsas səbəbi isə Qərb siyasi dairələrinin Cənubi Qafqazdakı geopolitik prosesləri, o cümlədən də Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını rəsmi İrəvan vasitəsilə Rusiyanın əlindən almaq cəhdləri ilə bağlıydı. Yəni, həm Qərb siyasi dairələri, həm də Ermənistan Azərbaycanla danışıqların Rusiyanın nəzarətindən çıxarılmasında maraqlıdır.

Böyük ehtimalla Şarl Mişelin vasitəçiliyi ilə planlaşdırılan bu görüş də Rusiyanın oyundan kənar vəziyyətə salınmasında növbəti cəhddir. Xüsusilə də, Kremlin başının Ukrayna savaşına qarışdığı bir ərəfədə Qərb siyasi dairələrinin və Ermənistanın Kremli Azərbaycanla danışıqlar prosesindən uzaqlaşdırmaq cəhdləri maraqlı məsələdir. Kremlin buna necə reaksiya verəcəyi də yəqin ki, görüş ərəfəsində ortaya çıxmağa başlayacaq”.

Siyasi şərhçi bildirir ki, görüşdə yəqin ki, Cənubi Qafqazda yaranmış son gərginlik ön plana çıxarılacaq. Böyük ehtimalla Ermənistan baş naziri Nikol Paşinyan Şarl Mişeldən Azərbaycanla sülh sazişinin imzalanması üzrə danışıqlara Avropa qurumlarının vasitəçilik etməsini xahiş edə bilər:

“Son vaxtlara qədər rəsmi İrəvan bu missiyanı ATƏT-in Minsk Qrupunun yerinə yetirilməsinə çalışırdı. Ancaq Minsk Qrupu həmsədrlərinin belə bir səlahiyyətinin olmaması, üstəlik, bu qurumun fəaliyyətini davam etdirməsi üçün də heç bir hüquqi əsasın qalmaması bunu mümkünsüz edir. Ona görə də, Qərb siyasi dairələri və rəsmi İrəvan Rusiyanın prosesdən kənarlaşdırılaraq, əvəzində Avropa İttifaqı Şurasının Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə danışıqlara vasitəçilik etməsinə cəhd göstərirlər. Böyük ehtimalla görüşün müzakirə gündəliyi də məhz bu mövzular üzərində qurula bilər”.

Leyla
Medianews.az

DAHA ÇOX OXU

Dünya

“Instagram”dan yenilik

05/07/2022
Dünya

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

05/07/2022
1-MANŞET

İstidə təzyiqi tarazlaşdırmağın yolları

05/07/2022
Dünya

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

05/07/2022
Dünya

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

05/07/2022
Dünya

NATO-dan İsveç və Finlandiya açıqlaması

05/07/2022
SON XƏBƏR

Yeni məktəbli formaları və qaranlıq qalan MƏQAMLAR - Təhsil ekspertindən AÇIQLAMA

"Valideynlərin təzyiqi gəncləri ölümə sürükləyir" - Psixoloq abituriyentlərin intihar etməsində DANIŞDI

Elgiz Əkbər oğurluqda ittiham etdiyi qonşusundan üzr istəyib - VİDEO

Xəbər lenti

“Instagram”dan yenilik

2022/07/05 12:20

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

2022/07/05 12:14

Aqşin Fateh botoks iddialarına cavab verdi – VİDEO

2022/07/05 12:07

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

2022/07/05 12:03

İstidə təzyiqi tarazlaşdırmağın yolları

2022/07/05 11:44

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

2022/07/05 11:30

Roza Zərgərli: “Hələ cavanam, elçilərim çoxdur” – VİDEO

2022/07/05 11:22

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

2022/07/05 11:11

Agentlikdə Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib

2022/07/05 11:07

NATO-dan İsveç və Finlandiya açıqlaması

2022/07/05 10:45

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

2022/07/05 10:41

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

2022/07/05 10:37

Meymun çiçəyi epidemiyası xəbərdarlığı

2022/07/05 10:21

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

2022/07/05 09:57

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

2022/07/05 09:53

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

2022/07/05 09:42

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

2022/07/05 09:31

Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

2022/07/05 09:27

“Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver” – Aparıcıdan ŞOK AÇIQLAMA

2022/07/05 09:20

Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu

2022/07/05 09:08

Türkiyə saxlanılan Rusiya gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb

2022/07/05 08:08

Böyük Andron Kollayderi yenidən işə salınacaq

2022/07/05 07:47

Rusiyada PUA yaşayış evinin üzərinə düşdü – VİDEO

2022/07/05 07:21

Bərdədəki hadisə ilə bağlı araşdırmalara başlanılıb – VİDEO

2022/07/05 06:18

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.