Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib.
Medianews.az xəbər verir ki, o “News1” kanalında çıxışı zamanı ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri hesab edib.
Deputat hətta Azərbaycan neft sənayesinə zərbə endirilmə ehtimalını dilə gətirib.