“Ayaz Mütəllibov hamını sevən görkəmli adam idi. Onun ölümü bizim üçün böyük itkidir”.
Bunu vida mərasimində mərhumun nəvəsi Tahir Mütəllibov bildirib:
“Babamla dünya siyasəti ilə bağlı müzakirələr aparırdıq. İşlərimlə maraqlanardı. Sonuncu dəfə bir ay əvvəl danışmışıq. Səhhətində yaranan problemə görə tez-tez danışa bilmirdik. Dünyasını dəyişəndə yanında idik”.