Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Ənsarullah (Husi) hərəkatının Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”nun neft anbarlarına raket zərbələri endirməsinə münasibət bildirib.
Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, Ənsarullah hərəkatının “Saudi Aramco”nun neft anbarlarına endirdiyi raket hücumundan sonra artıq Səudiyyə Ərəbistanı dünya bazarında neft tədarükünün çatışmazlığına görə məsuliyyət daşımayacaq.
Qeyd edək ki, bir neçə saat əvvəl “Saudi Aramco”nun neft anbarlarına endirilən raket zərbələrindən sonra “Brent” markalı neftin barelinin qiyməti 120 dollara yüksəlib.