İstanbulda şagird yataqxanasında baş verdiyi iddia edilən hadisədə yataqxana məmuru dərs dediyi azyaşlı uşaqlara bir-bir zorakılıq edib.
Medianews.az xəbər verir ki, təhlükəsizlik kamerasına düşən həmin anların görüntüləri sosial şəbəkədə paylaşılıb.
İstanbulun Esenyurt bölgəsində yerləşən yataqxanada baş verdiyi iddia edilən hadisədə masa ətrafında oturan 7 azyaşlı uşağa yataqxananın vəzifəli şəxsi tərəfindən şiddət tətbiq edilib.
Sözügedən hadisənin görüntüləri sosial şəbəkədə paylaşıldıqdan sonra böyük əks-səda doğurub.
Kadrlarda bir nəfərin dərs dediyi şagirdlərin başına bir-bir vuraraq zorakılıq etdiyi görünür.
İstanbul Valiliyi həmin yataqxana məmurunun nəzarətə alındığını açıqlayıb. Hadisə ilə bağlı müfəttiş təyin olunduğu və araşdırma başladıldığı da açıqlanıb.
Turan Oruc
Medianews.az