Ukrayna Müdafiə Nazirliyi ölkədəki rus qoşunlarının orta hesabla 3 günlük ərzaq və sursat ehtiyatına malik olduğunu bildirib.
Medianews.az xəbər verir ki, nazrilik son 24 saat ərzində Rusiyaya məxsus neçə teznikanın zərərsizləşdirildiyini də açıqlayıb.
“Ruslar öz əsgərlərinin ehtiyaclarını ödəmək üçün təminat xətti təşkil edə bilmədilər”, deyə, nazirlik bildirib.
Ukrayna Müdafiə Nazirliyi son 24 saat ərzində Rusiya hərbçilərinə məxsus bir təyyarənin, 6 pilotsuz uçuş aparatının və 2 helikopterin vurulduğunu açıqlayıb. Digər tərəfdən, Ukrayna ordusunun Rusiya ordusunun 13 hücumunun qarşısını aldığını bildirilib. Quruda 14 tank, 8 zirehli texnika, 2 traktor və 3 bombardmançı sistem zərərsizləşdirildiyi də açıqlanıb.
Digər tərəfdən Ukraynaya hücum edən Rusiya ordusundan 14200 əsgəri həlak olub, ruslara məxsus 93 təyyarə, 112 helikopter, 450 tank, 1448 zirehli texnika, 205 top, 72 reaktiv yaylım atəşi sistemi və 43 hava hücumundan müdafiə sistemi məhv edilib.
Medianews.az