ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə qarşı “müharibə cinayətkarı”, “qatil”, “quldur”, “diktator” kimi ifadələr işlətməsindən sonra ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası göndərilib.
Medianews.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Putinlə bağlı sərt açıqlamaları dünyanın gündəmini zəbt edib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, “Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sullivan ABŞ prezidenti Con Baydenin son dövrdə verdiyi qəbuledilməz açıqlamalarla bağlı etiraz notası verib” ifadələri yer alıb.
Baydenin mövqeyinə görə bu sözləri söyləməsinin yersiz olduğu bildirilən açıqlamada bunun Rusiya-ABŞ münasibətlərinə xələl gətirdiyi vurğulanıb.
“Mövcud ikitərəfli məsələləri müzakirə edərkən səfirdən normal iş şəraitinin, o cümlədən Rusiyanın ABŞ-dakı diplomatik missiyalarının fasiləsiz fəaliyyəti üçün təminatların təmin edilməsi xahiş olunub”, – deyə bildirilib.
Medianews.az