Boris Akunin: “Uşaqlar, vəziyyət normallaşmayacaq. Putinin törətdikləri düzələn deyil. Mübaliğəsiz demək olar ki, bütün dünya Rusiyadan üz döndərib”
Böyük Britaniyada yaşayan rusiyalı yazıçı Boris Akunin “QORDON” internet- nəşrindəki bloqunda Rusiyanın Ukraynaya qarşı hərbi təcavüz barədə öz mülahizələrini bölüşüb.
Üzdəniraq sadə rusiyalılarla yazışmadan qəribə hisslər keçirirəm. Mən siyasətlə maraqlanmayan insanları nəzərdə tuturam, mənim vərdiş etdiyim ünsiyyət dairəm yalnız “siyasiləşmiş” insanlardan ibarətdir.
Beləliklə, məndə bir şey heyrət doğurur ki, Rusiya Federasiyasının əksəriyyət sakinləri 24 fevraldan sonra hər şeyin nə qədər dəyişdiyini hələ də anlamır. Əlbəttə, “xüsusi əməliyyat” onların xoşuna gəlir, düşünürlər ki, Allah qoysa, bu “əməliyyat” tezliklə bitəcək, hər şey normaya düşəcək”.
Sadə rusiyalıların mövcud olduğu informasiya boşluğunda, yumşaq desək, “müdrik rəhbərin” ölkəni düçar etdiyi uçurumun dərinliyi görünmür.
Uşaqlar, vəziyyət heç vaxt normallaşmayacaq. Putinin törətdikləri düzələn deyil. Mübaliğəsiz demək olar ki, bütün dünya Rusiya Federasiyasından üz döndərib. Neytrallığın son qalası Çin isə çabalayır və tərəddüd edir, görür ki, vəd edilən blitskriq iflasa uğrayıb. Qarşıda isə Rusiya “mühasirəyə alınmış düşərgə”ni xatırladacaq, “5- ci kolon”a hücumlar ediləcək, ölkə səfalətə yuvarlanacaq və yenidən “dəmir pərdə” ilə dünyadan təcrid ediləcək.
Mənim rejim qulluqçularına- bütün güc strukturlarına, hakimlərə, təbliğatçılara və çuğullara məsləhətim budur: özünüzü aldatmayın, həvəsə gəlməyin, öz gələcəyiniz barədə düşünün. Bir müddətdən sonra hər birinizdən soruşacaqlar: “Nədən belə üzüyola, itaətkar oldun, ay heyvan?”…