Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.
Ukrayna ordusu 23 gündə Rusiya Silahlı Qüvvələrinin 14 400 hərbçisini zərərsizləşdirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Həmçinin işğalçıların hücum edən tərəfin 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 12 ədəd dronu məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.