Rusiyanın paytaxtı Moskvada mindən çox xarici şirkətdən 300-ü işini dayandırıb.
Bunu şəhərin meri Sergey Sobyanin deyib.
O bildirib ki, həmin şirkətlərin gələcək taleyi onların sahiblərinin qərarından asılı olacaq.
Qeyd edək ki, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlarla əlaqədar çoxsaylı xarici şirkətlər ölkədə fəaliyyətini dayandırdığını elan etmişdi.