Ukrayna tərəfdaşlarını ən qısa zamanda Ukrayna səmasını bağlamağa, habelə hava hücumundan müdafiə və raketlərdən müdafiə sistemləri tədarük etməyə çağırır. Yalnız birgə səylərlə beynəlxalq ədaləti bərpa edə, Avropada sabitlik və təhlükəsizlik üçün təhdidləri sovuşdura bilərik.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Bəyanatda Rusiyanın hərbi əməliyyatlarının dayandırılaraq Krım da daxil olmaqla Ukraynanın bütün torpaqlarından hərbi qüvvələrini çıxarmasının, müharibə zamanı vurulan ziyanın ödənməsinin vacib olduğu vurğulanıb.
Bildirilib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da artırılması üçün Ukrayna tərəfdaşları ilə çalışmağa davam edəcək.