ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını və Ukraynanı dəstəklədiyi üçün ona təşəkkür edib. O, bu barədə öz Tvitter hesabında yazıb .
“Mən Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli və Cənubi Qafqazda sülhə doğru irəliləmənin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdim”, – Blinken yazıb.
Siyasi şərhçi Əziz Əlibəyli məsələ ilə bağlı açıqlamasında bildirib ki, bir gün Rusiya dağılası olsa, Azərbaycanın güclü şəkildə apardığı tarazlıq siyasəti pozulası olsa, bölgədə ABŞ və Fransa heç kimin göz yaşına baxmadan “insan haqları və fundamental azadlıqlar” adıyla dərisini üzər.
“Hər iki işğalçı hegemon güc arasında qalan Azərbaycan bu gün Ukraynaya humanitar yardım edir, Türkiyə silahla təchiz edir, amma Ukraynanın rəhbəri Zelenskinin böyük təəssüflə “başa düşdük ki, bizi NATO-ya almayacaqlar” kimi dəhşətli həqiqəti etiraf etdiyi gün Blinken Azərbaycan rəhbərinə zəng edib, Ukraynaya dəstəyə görə təşəkkür edir kimi görünərək, mətnin ortasında ölkəmizi insan hüquq və əsas azadlıqlarına hörmətə dəvət edir.
Siaysi şərhçi bildirib ki, elə insan haqları fikirləşən idilərsə, bu gün qanı axan yüz minlərlə ukraynalının arxsında niyə durmadılar və ya nə üçün müharibə nəticəsində, erməni işğalının nəticəsi kimi bir milyon qaçqın və məcburi köçkünə görə üç sətrlik bir açıqlama, qətnamə verib, erməniləri qınamadılar?
“Görün, həyasızlıq hansı həddədir ki, ABŞ məhz bu ifadələr altında Azərbaycanda baş verən hansısa qanunsuz hərəkətləri deyil, Azərbaycanda yaşayan erməni kəsimi – Qarabağdakı terrorçuların taleyini düşünür”.
Leyla
Medianews.az