19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb.
Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər veririk ki, baş məşqçi Ağatahir Əzimov millimizin heyətinə 12 futbolçu dəvət edib. Futzalçılar martın 16-dan 19-dək Xorvatiyada keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək.
Qapıçılar: Azər Fərmanov, Zaur Sultanov
Oyunçular: Mirzə Əmirov, Şaiq Vəlizadə, Nazim Rəhimov, Fariz Mehralıyev, Xəzər Ağalızadə, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fuad Məmmədzadə, Novruz Kazıxanov, Mikayıl Qiyasov