Dünən gecə Ukraynanın Kiyev vilayətinin Kvitnevoye kəndi Rusiya qoşunları tərəfindən artileriya atəşinə tutulub. Nəticədə dondurulmuş ərzaqların saxlandığı anbarlarda yanğın baş verib.
Moderator.az bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram kanalında məlumat verilib.
“Martın 12-də saat 03:50-də Brovarski rayonunun Kvitnevoye kəndində dondurulmuş məhsulların saxlandığı anbarın atəşə tutulması nəticəsində yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb. Fövqəladə Hallar Dövlət Xidmətinin 20 əməkdaşı və 4 texnika cəlb olunub”, – məlumatda deyilir.
İlkin məlumatlara görə, ölən və ya yaralanan yoxdur.