“Hansı daha pisdir? Klounluq – sənətdir, sənəti dəyişmək olar. Hətta prezident olmaq olar. Amma faşizm – xislətdir. Onu dəyişmək olmur. Aqibəti də Cəhənnəmdir”
Bu sözləri “Buğlama” və “Toy əhvalatı” seriallarındakı obrazları ilə tanınan aktrisa Arzum Kərimova Medianews.az-a danışarkən bilirib. O, qeyd edib ki, sosial şəbəkələrdə Zelinskinin sənətinin aktyor olması ilə bağlı yazılan şərhlər heç də gülməli deyil. Onun sözlərinə görə əgər Zelenski kloundursa, Putinə də faşist deyirlər:
“Açığı, mənim peşəmdən olan bir insanın belə mühüm sınaqdan çıxması və onun öhdəsindən uğurla gəlməsi hər bir sənətkar üçün qürurvericidir”.