2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib.
Rus mediasına istinadən xəbər veririk ki, o, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.
“Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın” – deyə, Jerar bildirib.