Dünya ulduzu Selin Dion Ukraynada gedən savaş videolarına baxıb dəhşətə gəldiyini deyib.
Sənətçi bu barədə instaqram hesabında paylşaım edib və Ukrayna xalqının cəsarətinə heyran qaldığını bildirib.
“Əziz cəsarətli Ukrayna xalqı, biz şokdayıq və kədərlənirik. Sizin cəsarətinizdən həqiqətən ruhlanırıq. Ürəyimiz sizinlədir. Sizə sülh üçün sevgi və dualar göndəririk”, – müğənni qeyd edib.