Tanınmış rejissor Rüfət Əsədov “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, “Peyğəmbər Yereminin göz yaşları” və “Əgər səni unutsam, Yerusəlim” filmlərinə görə beynəlxalq mükafata layiq görülüb.
Təəssüratlarını Medianews.az –a bölüşən rejissor bu mükafatın rejissorun filmlərinin ümumən Yəhudi Mədəniyyətinin İnkişafına xidmət etdiyinə görə təqdim edildiyini bildirib.
O, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dağ Yəhudiləri Fondunun STMEQİ-nin Prezidenti cənab German Zaxaryayevin yaratdığını və bunun beyəxlalq arenada böyük nüfuzu olduğunu vurğuladı:
“35 ildən artıqdır ki, İudaika (Yəhudilik haqqında elm) ilə məşğulam. Hələ Sovet dövründən, Peterburqda yaşadığım dövrdən bununla maraqlanıram. Sovet dövrü yəhudi mövzusuna toxunmaq olmazdı. Buna “qeyri-rəsmi” qadağa var idi. Ancaq buna baxmayaraq, bir neçə süjet hazırlaya bildik, odövrkü “Lentelefilm”də. İudaika mənim üçün hobbi deyil ki, hərdən yadıma düşəndə bu haqda film çəkim. Bu mənim peşəmdir, tədqiqat obyektimdir. Mən daha çox Dağ Yəhudiləri haqqında çəkirəm, çünki onların tarixini, həyat durumunu daha yaxşı tanıyıram. Bakıda, Qubada, Nyu Yorkda, Yərusəlimdə, Haifada, Tirat-Karmeldə və sair Sinaqoqlarda ibadətləri çəkmişəm. Bizim bu işlərimiz həddən artıq yüksək qiymətləndirilib və qiymətləndirilir. Bu da yaradıcı adama stimul verir və bu stimul da vacib amillərdəndir”.
Medianews.az