Cümə, 10 May 2024

Bakıda ağır qəza – Avtomobil piyada keçidinə çırpıldı – VİDEO

Bakının Xəzər rayonu ərazisində, aeroport yolu istiqamətində ağır yol qəzası baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, Bina atçılıq ərazisi yaxınlığında minik avtomobili piyada keçidinə çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobilə ziyan dəyib. Ətrafda satılan gül, ağac tingləri və digər əşyalar da dağılıb.

Hadisə nəticəsində xəsarət alanlar olub.

Hadisənin görüntülərini təqdim edirik:

DAHA ÇOX OXU

Xəbər lenti