Rusiyalı milyarder Stanislav Loqunovun Leninqrad vilayətində gəzinti zamanı itkin düşən övladının cəsədi tapılıb.
BAKU.WS xəbər verir ki, buzun qırılması nəticəsində Neva çayına düşən yeddi yaşlı uşağın meyiti yanvarın 30-u axşam saatlarında aşkar olunub.
Uşaq faciə baş verən yerdən 70-80 metr aralıda tapılıb. Azyaşlının cəsədi sahilə çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün rusiyalı milyarderin əkiz övladları Neva sahilində gəziblər. Qardaşlardan biri buzun üstünə tullanıb və dərhal suyun altına düşüb. Uşaqların yanında olan qadın təkbaşına ona kömək edə bilməyib.