“Azərbaycan səhiyyəsində ən önəmli problemlərdən biri də yetərli terapevtlərin yox deyəcək qədər az olmasıdır”.
Bu fikirləri daxili xəstəliklər üzrə mütəxəssisolan Ramin Cavadov Medianews.az saytına açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, insanlar terapevtin gözdən qaçırmayacağı çox bəsit problemləri həkim-həkim gəzib çarə tapa bilmirlər.
“Əlbətdə, birbaşa dar ixtisaslara da müraciət edilə bilər, amma terapiya bilgisi olmayan dolayısı ilə xəstəni bir bütün olaraq, dəyərləndirə bilməyən həkim sahəsinə uyğun problem aşkarlamayanda xəstə ilə işini bitmiş sayır və beləcə xəstə həkim-həkim gəzərək həm maddi, həm fiziki , həm də mənəvi olaraq zərər görür, ən önəmlisi isə güvənsizlik yaranır.
Nefroloq, kardioloq, revmatoloq, gastroenteroloqa müraciət edib hamısı da “mənlik deyil” dedikdən sonra axırda terapevtə gəlir. Yəni, ilk gəlməli olduğu yerə ən sonda gəlir. Təbii ki gərgin, inamsız və daha ağır şəkildə”.
Leyla
Medianws.az