Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub.
Medianews.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.