Cümə, 20 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

“Bu gün yetərincə təşkilatlanmış və öz sözünü deməyi bacaran Azərbaycan diasporu var”

TURAN
2022/01/25 14:51
0
0
BAXIŞ
FacebookTwitterTelegram

İllərdir işğalda olan torpaqlarımızı 44 günlük Vətən Müharibəsində igid əsgərlərimizin qanı, canı bahasına azad etdikdən sonra ölkə tarixində yeni dövr başlayıb. Bu dövr hər birimizin böynuna yeni öhdəliklər qoyur. Bu öhdəliklərin ən böyüyü isə istər media, istərsə də diaspora üzrə iş sahəsində olan şəxslərin çiyninə düşür. Çünki yaşananları, 30 illik əziyyəti, həsrəti, 44 günə qaytarılan məğrurluğu bütün dünyaya çatdırmaq hər birimizin borcudur.

Hər zaman eşidirdik ki, “erməni lobbiçiliyi, diasporu güclüdür”, “onlarla heç kim bacara bilməz” və s. Lakin 44 günlük Vətən Müharibəsi zamanı azərbaycanlılar birliyin, həmrəyliyin, vətən sevgisinin nə olduğunu bütün dünyaya sübut etdilər.
Bəs, müharibədən sonra diasporla iş, lobbiçilik sahələrində hansı dəyişikliklər oldu? Bu sahədə yeni addımların təməli qoyuldumu?

“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Medianews.az saytının suallarını cavablandıran zamanı bildirib ki, son illər Azərbaycan diaspor hərəkatında böyük canlanma müşahidə olunur:

“Biz bunu keçirilən tədbirlərdə də görə bilirik. Xaricdə yaşayan və təhsil alan insanlarımız Azərbaycanın diaspor prosesində fəal iştirak edirlər və öz töhfələrini verirlər. Ortada bir reallıq var ki, bu gün yetərincə təşkilatlanmış və öz sözünü deməyi bacaran Azərbaycan diasporu var.

Vətən müharibəsində xaricdə yaşayan Azərbaycan diasporunun fəaliyyəti xüsusi qeyd edilməli və tədqiq olunmalıdır. Həmin vaxt güclü şəkildə təşkilatlanan və düşmənin təxribatlarını mükəmməl səviyyədə qarşısını almağa çalışan Azərbaycan diasporu var idi. Mövcud olan vəziyyət bizi birliyə və həmrəyliyə səsləyirdi. Bunu soydaşlarımız dəqiqliklə və vətənpərvərliklə yerinə yetirirdilər. Həmin zaman siyasi və ideoloji baxışından aslı olmayaraq, hərkəs vətən ideyası ətrafında birləşmişdi”.

Ekspertin sözlərinə görə, bu gün diaspor sahəsində görülən işlərə “ideal və yüksək səviyyədədir” demək olmaz:

“Bunun səbəbləri var. Yəni, biz hansısa hadisələri gözləməməliyik ki, ondan sonra diaspor hərəkətə keçsin. Aktivlik daima saxlanılmalıdır. Mövcud olan potensialı düzgün istiqamətləndirmək və ona stimul vermək üçün real fəaliyyət mexanizmi daima gündəmdə olmalıdır. Xüsusilə, Azərbaycan diasporu xaricdə inteqrasiya olunmalı və ölkənin siyasi-ictimai və sosial-mədəni mühiti ilə daima təmas saxlanılmalıdır. Azərbaycan diasporu yüksək elmi-akademik və siyasi dairələrlə can atmalıdır. Çünki elm adamlarının sözü yüksək dairələrdə eşidilir. Bunun üçün də əsas yol akademik təhsil və ölkənin dilini mükəmməl səviyyədə bilməkdən keçir.

Xaricdə yeni nəsil meydana gəlməkdədir. Onlar orada, yəni xarici ölkədə dünyaya göz açıblar və yüksək təhsil alıblar. Bundan əlavə onlar ağıllı, şüurlu şəkildə inteqrasiya olunmuş bir nəsildir. Qeyd etdiyimiz mövcud olan potensialla çalışmalıyıq”.

Elnur Eltürkün sözlərinə görə, bu sahədə irəliləyiş əldə etmək üçün xüsusilə, nüfuzlu akademik-elmi jurnallarla, siyasi qəzet və saytlarla əlaqələr güclü olmalıdır.

Çünki cəmiyyətə, siyasi dairələrə bu yolla təsir etmək mümkün olacaq və bu zaman biz istədiyimiz nəticəni görə biləcəyik:

“Mədəniyyət sahəsində də fəaliyyət xüsusi diqqətdə olmalıdır. Mədəniyyət xadimləri ilə əlaqələri gücləndirmək lazımdır. Çünki mədəniyyət böyük silahdır. Əsas təbliğat məhz mədəniyyətdən keçir.

Sonda isə onu qeyd edim ki, mən, Azərbaycan diasporunu erməni diasporu ilə müqayisə etməyi düzgün hesab etmirəm. Ermənilər yüz illərdir ki, dünyanın müxtəlif yerlərinə səpələniblər. Təşkilatlanmağa məcbur olublar. Dövləti və vətəni olmayan bir toplumun diaspor yaratması normal haldır. Həm də unutmayaq ki, ermənilər alət olmağı və güclü qüvvələrin qarşısında əyilməyi sevən toplumdurlar”

Leyla
Medianews.az

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 5.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

DAHA ÇOX OXU

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI
Cəmiyyət

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

20/05/2022
FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

19/05/2022
Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq
1-MANŞET

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

19/05/2022
Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Cəmiyyət

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

19/05/2022
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI
Cəmiyyət

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI

19/05/2022
Sabina Katanovanın 130 min manatını mənimsəyən azərbaycanlı vəkil HƏBS EDİLDİ
1-MANŞET

Sabina Katanovanın 130 min manatını mənimsəyən azərbaycanlı vəkil HƏBS EDİLDİ

19/05/2022
SON XƏBƏR
Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar – Həbs edildilər

Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar - Həbs edildilər

Polis heykəltəraşdan 2000 manat tələb edib? – DİN rəhbərliyi məsələni nəzarətə götürdü

Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN rəhbərliyi məsələni nəzarətə götürdü

Yaz aylarında daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Yaz aylarında daşınmaz əmlak bazarında qiymətlər necə olacaq?

Xəbər lenti

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

Ukrayna himnini ifa edən rusiyalı 14 sutkalıq həbs cəzası aldı – VİDEO

2022/05/20 08:08

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı

2022/05/20 07:49

Rihannanın oğlu olub

Rihannanın oğlu olub

2022/05/20 07:37

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” – VİDEO

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” – VİDEO

2022/05/20 07:16

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib SİYAHI

2022/05/20 07:00

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”

2022/05/20 06:20

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək

Prezident İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək

2022/05/20 04:18

Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO

Çavuşoğlunun bu görüntüləri yenidən GÜNDƏm oldu- VİDEO

2022/05/19 19:02

Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var

Ermənistanın qeyri-qanuni siqaret və brilyant ticarəti İFŞA EDİLDİ – Şəbəkənin arxasında Paşinyan var

2022/05/19 18:37

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin FOTOSU

2022/05/19 18:10

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb – FOTO

2022/05/19 17:48

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

FHN-dən əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ

2022/05/19 17:21

Ukraynada həlak olan uşaqların sayı açıqlandı

Ukraynada həlak olan uşaqların sayı açıqlandı

2022/05/19 17:10

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

Baş nazirdən YENİ QƏRAR: Bu şəxslərə əlillik müddətsiz təyin olunacaq

2022/05/19 16:53

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb

2022/05/19 16:50

İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR – VİDEO

İtə ağlasığmaz işgəncə: ZORLA SPİRTLİ İÇKİ İÇİRTDİLƏR – VİDEO

2022/05/19 16:47

Dünyanın gündəmini alt-üst edən İDDİA: Putinin qızı ilə evlənən Zelenski kimdir? – FOTO

Dünyanın gündəmini alt-üst edən İDDİA: Putinin qızı ilə evlənən Zelenski kimdir? – FOTO

2022/05/19 16:32

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

286 saylı məktəbdə “Heydər Əliyev və Zəfər muzeyi”nin açılışı olub

2022/05/19 16:18

Azərbaycanda gənc həkim yuxudan oyanmadı: Tərpədəndə gördülər ki…

Azərbaycanda gənc həkim yuxudan oyanmadı: Tərpədəndə gördülər ki…

2022/05/19 16:10

Putinin ən böyük SİRRİ: Ailəsini GİZLİ saxlamağının qaranlıq SƏBƏBİ

Putinin ən böyük SİRRİ: Ailəsini GİZLİ saxlamağının qaranlıq SƏBƏBİ

2022/05/19 16:08

Zelenskinin sağ əli Podolyak: Rusiya qoşunları tamamilə çıxarılmadan atəşkəs mümkün deyil

Zelenskinin sağ əli Podolyak: Rusiya qoşunları tamamilə çıxarılmadan atəşkəs mümkün deyil

2022/05/19 16:07

Rusiya Azovstal fabrikindən təxliyə edilən yaralı əsgərlərin görüntülərini paylaşıb – VİDEO

Rusiya Azovstal fabrikindən təxliyə edilən yaralı əsgərlərin görüntülərini paylaşıb – VİDEO

2022/05/19 15:54

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! – İŞ YERLƏRİ – SİYAHI

2022/05/19 15:09

Bakının mərkəzində aktyora şillə vurdu – VİDEO

Bakının mərkəzində aktyora şillə vurdu – VİDEO

2022/05/19 14:58

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə ol!

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.