Türkiyədə Bələdiyyə Məclis üzvü olan Abidin Üzümcü səhər saatlarında 21 yaşlı qızı Neslihan Üzümcünü otağında ölü halda tapıb.
Medianews.az xəbər verir ki, Abidin Üzümcü gənc qızının qazdan zəhərlənərək ööldüyünü bildirilib.
O, oğlu Ömərin də qazdan zəhərləndiyini açıqlayıb. Lakin onun həyatda olduğunu bildirib. Ömər hazırda xəsətəxanada həkim nəzarəti altındadır.
Ekspertiza tələbə olan Neslihanın kömür sobasından sızan karbonmonoksit qazından zəhərlənərək öldüyünü, Ömərin vəziyyətinin isə ağır olduğunu bildirib.
Neslihanın cansız bədəni morqa aparılıb. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Abidin Üzümçü həmçinin MHP (Milliyətçi Hərəkat Partiyası) üzvvüdür.
Turan Oruc
Medianews.az