16 il əvvəl yazılmış kitabda ‘2020-ci illərdə ağciyərlərə təsir edən pnevmoniyaya bənzər bir xəstəliyin dünyaya yayılacağı’ yazılıb.
Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən kitabın gündəmə gəlməsi qalmaqal yaradıb.
2005-2100-cü illər arasında dünyada baş verəcək hadisələri proqnozlaşdıran kitabın 210-cu səhifəsində yazılanlar indiki Covid-19 epidemiyası ilə uyğun gəlir.
“2020-ci illərdə ağciyərlərə və bronxlara ciddi təsir göstərən və müalicəyə amansızcasına dirəniş göstərən, sətəlcəmə bənzər bir xəstəliyin püskürməsi səbəbindən cərrahi maskalar və plastik əlcəklərdə gəzən insanların getdikcə daha çox olduğunu görəcəyik” – deyə kitabda yazılıb.
Kitabda bu xəstəliyin 10 il içərisində qəfildən yoxa çıxacağı da bildirilir.
Kitabın təfərrüatları sosial mediada paylaşıldıqdan sonra bir çox istifadəçi ABŞ yazıçısının koronavirus epidemiyasını düzgün proqnozlaşdırdığına dair mesajlar yazıb.
Silvia Browne
77 yaşında vəfat edən ekstrasens və yazıçı Silvia Browne 1990-2009-cu illər arasında gələcək həyat haqqında yazıb. O, “O biri dünyada həyat”, “Qiyamət günlərinin sonu”, “Dünyanın gizəmi və sirləri” kimi bir çox kitabın müəllifidir.
Turan Oruc
Medianews.az