Türkiyənin Van vilayətinin Tuşba rayonunda 11 dəqiqəlik fasilə ilə ard-arda iki zəlzələ qeydə alınıb.

Qeyd olunur ki, birinci yeraltı təkanlar 3,7 bal gücündə qeydə alınıb.

İkinci yeraltı təkan isə 2,5 bal gücündə olub.

Zəlzələ ocağının 15 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Yeraltı təkanlar ətraf kənd və qəsəbələrdə də hiss edilib.

Dağıntı və insan təlafatı barədə məlumat verilməyib.