Böyük Britaniya kraliçası II Elizabetin rəsmi nümayəndəsi Endryu Makfarleyn “People” nəşrinə müsahibəsində onun diqqətlə qorunan seyfinin içindəki sirri açıqlayıb.

Makfarleynin sözlərinə görə, seyfdə həm Kraliçanın, həm də onun qohumlarının rəsmi təsdiq edilmiş vəsiyyətnamələri var.

II Elizabetin nüayəndəsi saxlanc yerində möhürlənmiş zərflərdə 30-dan çox sənədin olduğunu bildirib.

“Vindsor ailəsinin üzvlərindən hər hansı birinin ölümündən sonra onun vəsiyyəti ictimaiyyətə açıq olacaq, zərf isə daha seyfdə saxlanmayacaq”, – deyə Makfarleyn bildirib.