Niderlandda koronavirusa yoluxan xəstələr Almaniyaya göndərilir.

Buna səbəb ölkə xəstəxanalarında boş yerlərin olmamasıdır.

İlk belə pasiyentlər Rotterdamdan Almaniyanın Bohum şəhərinə aparılıb.

Qeyd edək ki, son sutkada Niderlandda 23 mindən çox yeni yoluxma halı aşkar olunub.