İş istəməyə getdiyi Didim bələdiyyə başçısı Ahmet Deniz Atabayın ona təcavüz etdiyini iddia edən S.T.(şərti ad) yenidən başladılan istintaq çərçivəsində ifadə verib.
Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərində baş verib.
İş üçün müraciət etdiyi gün təcavüzə məruz qaldığını bildirən S.T, “Yaşadığım psixoloji sarsıntılara görə müalicə alıram”, – deyib.
Zorlandığını iddia edən qadın Didim Prokurorluğunda verdiyi açıqlamada , 2016-cı ilin qış aylarında iş istəmək üçün Didim bələdiyyə başçısı Ahmet Deniz Atabayın yanına getdiyini və bu hadisənin həmin gün baş verdiyini deyib.
Zərərçəkmiş ST-nin vəkili Murat Sultansu, “İstintaq bu şəkildə davam edərsə, əsl cinayətkarları ortaya çıxarmaq mümkün olmayacaq. Dosyenin Didim Respublika Prokurorluğundan alınaraq Aydın Respublika Baş Prokurorluğuna təhvil verilməsini tələb edirik”, – deyə açıqlama verib.
İstintaq çərçivəsində ona göstərilən ilk video ilə bağlı CHP partiyasının da üzvü olan Ahmet Deniz Atabay, “Videoda öpüşən mənəm. Ancaq qarşımdakı şəxs qətiyyən o qadın deyil. Bu görüntülər mənim şəxsi evimdə çəkilib. Çox güman ki, sözügedən görüntüləri özümüz çəkmişik. O vaxt həmin anı əbədiləşdirmək üçün videoya çəkdik” – deyə açıqlama verib.
Musavat.com