“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı iş zamanı ölüb.
Medianews.az “oxu.az”-a istinadən xəbər verir ki, hadisə Ağdaş rayonunda yerləşən dəmiryol stansiyasında qeydə alınıb.
Orada mexanik vəzifəsində çalışan 59 yaşlı Aydın Zeynalov ürəktutmadan ölüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.