Antalyada yol qəzasında həyatını itirən Xüsusi Hərəkat Şöbəsində çalışan polis məmurunun qəza anları təhlükəsizlik kamerasına əks olunub.
Musavat.com türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli qəza cümə günü saaat 01:00 radələrində meydana gəlib.
Qəzada Xüsusi Hərəkat Şöbəsinin təyinatlı polis məmuru Bedrettin Tok hələlik məlum olmayan bir səbəbdən sükana hakimiyyətini itirib. Hadisə Antalya bulvarı yaxınlıqlarında olub.
Hadisə zamanı ağır yaralanan Bedrettin Tok edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.
Qəza anı yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerasına əks olunub. Avtomobilin qarşı zolaqdan sürətlə gələrək səkiyə, daha sonra ağaca dəyməsi saniyə-saniyə müşahidə kamerasına düşüb.
Zərbənin təsiri ilə avtomobilin ehtiyyat hissələrinin dağıldığı və nəqliyyat vasitəsinin aşdığı anlar anbaan görüntülərə əks olunub.