Bir müddət əvvəl türkiyəli müğənni Ebru Gündeşdən qalmaqallı şəkildə ayrılan azərbaycanlı iş adamı Rza Zərrabdan xəbər var.
BAKU.WS “a3haber”ə istinadən xəbər verir ki, Rza adını dəyişərək Aaron Qoldsmis edib və özünə yeni atçılıq mərkəzi yaradıb.
Onun Florida ştatında yerləşən yeni şirkəti “Next Level Performance Center” adlanır. İş adamı yeni şirkətində çalışmaq üçün Avropa ölkələrindən bir sıra mütəxəssislər də dəvət edib. Zərrab yeni mərkəzi ilə bağlı müsahibə verərək illərdir at yarışlarına pul qoyduğunu deyib:
“20 ildir bu sahədəyəm, əvvəl yarışlara pul qoyurdum. İndi isə özüm belə bir mərkəz yaratmağı qərara aldım. Hazırda peşəkar və öz işini yaxşı bilən komanda ilə çalışıram”.
Xatırladaq ki, Rza Zərrab 2011-ci ildə məşhur müğənni Ebru Gündeşlə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Alara adlı qızı dünyaya gəlib. İş adamı Ebruya xəyanət etdiyi üçün onlar bu il rəsmi olaraq boşanıblar.