Dünən axşam saatlarında saxlanılan ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.

Medianews.az-ın xəbərinə görə, bu barədə özü məlumat yayıb.

“Hazırda sərbəst buraxıldım. Məni apardılar və şahid qismində dindirilmək üçün dəvət olunmuşam. Bir neçə saat ərzində maraqlandırılan suallara cavab olub. Bu müddətdə çox peşəkar davranış olub. Mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım. Onu deyim ki, bir neçə gün müddətdə mənə sosial şəbəkələrdən müraciət etməyin. Çünki texniki imkanım xidmətinizdə durmağa imkan verməyəcək. İnşallah, bir neçə gündən sonra xidmətinizdə durmaq imkanımız olacaq” – o bildirib.