Bazar, 29 Yanvar 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kadırovun nazir təyin etdiyi azərbaycanlı Elxan Süleymanov KİMDİR? – DOSYE

TURAN
12/10/2021 11:11
0
BAXIŞ
FacebookTwitterTelegram

Elxan Süleymanov Çeçenistanın səhiyyə naziri və baş onkoloqudur. Azərbaycan Tibb Universitetini bitirib. Bir müddət Bakıda Onkoloji Elmi Mərkəzində işləyib. Moskvada işlədiyi vaxt Çeçenistan Prezidenti Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri vəzifəsinə təyin olunub. 2016-cı il Kadırovun sərəncamı ilə Çeçenistanın səhiyyə naziridir.

Medianews.az teleqraf.com-a istinadla onun haqqında olan dosyeni təqdim edir.

Qusarlı həkim

Elxan Süleymanov 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. Milliyyətcə ləzgidir.

Bakıda 245 nömrəli orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetindən fərqlənmə diplomu ilə məzun olub. Ali məktəbi bitirdikdən sonra, 1998-1999-cu illərdə Bakı Xərçəng Araşdırmaları Mərkəzində işləyib.

Moskvada Rusiya N.N.Bloxin adına Onkologiya Mərkəzinin aspiranturasını bitirib. Həmin dövrdə elmi işini müdafiə edərək tibb elmləri namizədi olub. Bundan sonra Rusiyanın paytaxtında Uşaq Xəstəlikləri Elmi Mərkəzində aparıcı elmi işçi kimi işləyib.

2012-2014-cü illərdə Moskvada G.N.Speranski adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda aparıcı elmi işçi olaraq işləyib. Bundan sonra ABŞ-da dünyanın ən böyük onkoloji xəstəxanasında – M.D.Anderson adına Xərçəng Mərkəzi və Almaniyada təcrübə keçib.

Kadırovun sürprizi

2014-cü ildə Çeçenistan başçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya gəlib. Kadırovun Elxan Süleymanova ilk təklifi Çeçenistan Onkoloji Dispanserin rəhbəri postu olub.

Özünün dediyinə görə, Ramzan Kadırovla uzunmüddətli dostluq münasibətlərinə baxmayaraq, Qroznıya gələndə ondan belə bir təklifin olacağını gözləməyib. Bundan sonra da ona yüksək vəzifələrin təklif edilməsi əsl sürpriz olub.

“Ramzan Axmatoviçi təxminən on ildən çoxdur bacarıqlı, qayğıkeş lider kimi tanıyıram. Onun Qroznıya köçmək dəvəti mənim tərəfimdən tapşırıq olaraq qəbul edildi, bu, mənim çox hörmət etdiyim bir adamın xahişi idi, buna görə də imtina etməyi düşünmədim. Bundan sonra dərhal Çeçenistana gəlmək və onun rəhbərliyi altında işləmək qərarına gəldim”, – Elxan Süleymanov deyib.

Çeçenistanın azərbaycanlı naziri

2014-cü il martın 17-də Çeçenistan Prezidenti Ramzan Kadırovun səhiyyə məsələləri üzrə müşaviri, Qroznıdakı Respublika Onkoloji Dispanserinin baş həkimi təyin edilib. Bir il sonra isə Çeçenistan səhiyyə nazirinin birinci müavini vəzifəsinə göndərilib.

2016-cı il aprelin 28-də Ramzan Kadırov azərbaycanlıya başqa bir sürpriz edir. Elxan Süleymanov onun sərəncamı ilə Çeçenistan Respublikasının səhiyyə naziri təyin olunur.

Dediyinə görə, nazir postuna təyin edilməsi də dostu Kadırovun ona başqa bir sürprizi olub: “Bunu gözləmirdim. Çünki mənə tapşırılan iş və vəzifəm respublikanın onkoloji xidmətini inkişaf etdirmək və respublika başçısının səhiyyə məsələlərində müşaviri olmaq idi”.

Bakıya bağlılıq

Müsahibələrindən birində Moskvada yaşayan və oxuyan azərbaycanlı tələbələr üçün Çeçenistanda işləmək imkanı yaratdığını da deyir.

Elxan Süleymanov doğulduğu vətəninə – Azərbaycana bağlı olduğunu, vaxt tapan kimi buranı görməyə gəldiyini söyləyir:

“Mən Azərbaycanda, Qusar rayonunun Həzrə kəndində anadan olmuşam. Məni Azərbaycana çox şey bağlayır – bura mənim vətənimdir. Orada uşaqlıq, məktəb və tələbəlik illərimi keçirmişəm. Azərbaycanda Tibb Universitetində oxumuşam, orada qohumlarım, dostlarım, tələbə yoldaşlarım var. İlk iş yerimlə, keçmiş həmkarlarımla hələ də əlaqə saxlayıram. Üstəlik, valideynlərim Bakıda yaşayırlar, onlar doğma şəhərlərini başqa yerlə əvəz etmək istəmirlər. İki bacım Moskvadadır, həyat yoldaşım və üç uşağım yanımda – Qroznıdadır”.

Dediyinə görə, ildə bir neçə dəfə yaxınları və dostlarını görmək üçün Bakıya gəlir:

“İldə bir neçə dəfə Bakıya gəlirəm, valideynlərim oradadır. Bundan başqa, bir çox şey məni bu şəhərə bağlayır. Övladlarım da tez-tez nənə və babalarının yanında qalırlar. Doğulduğum kəndə də baş çəkirəm, orada məni görəndə çox sevinən yaxınlarım çoxdur”.

Poliqlot və cərrah

Elxan Süleymanov yüksək vəzifədə olmasına baxmayaraq, həkim kimi xəstəxandakı işini davam etdirir, hazırda Çeçenistan və Rusiyanın onkolji xəstəliklər üzrə təcrübəli cərrahlarından biridir.

Azərbaycan, ingilis, çeçen və rus dili ilə yanaşı, daha bir neçə xarici dil bilir.

DAHA ÇOX OXU

Cəmiyyət

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15
Dünya

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26
1-MANŞET

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33
1-MANŞET

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25
1-MANŞET

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03
export

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33
SON XƏBƏR
İran yeni, çox böyük təlimlərə başladı - VİDEO

İran yeni, çox böyük təlimlərə başladı - VİDEO

Yerli gürcülərdən ŞOK AÇIQLAMA: “Biz İslam dinini qəbul etməyə hazırıq, yetər ki, Rusiya burada olmasın”

Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO

Xəbər lenti

Emma yaşadığı binadan ŞİKAYƏTLƏNDİ: “Su gəlmir, işıq yoxdur, lift işləmir” – FOTO

29/01/2023 13:07

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

29/01/2023 12:30

Baş nazirin sabiq müavini vəfat etdi

29/01/2023 12:15

Taxtakörpü-Ceyranbatan kanalında bir nəfər batıb

29/01/2023 11:58

Müəllim tələbə qızı boş əraziyə apardı-Kənd cammatı gördüklərindən şokda

29/01/2023 11:29

Azərbaycanda həkimlər uşaqlarla bağlı həyəcan təbili çaldı – Bunu qətiyyən etməyin! – VİDEO

29/01/2023 11:15

General ABŞ-Çin müharibəsinin başlayacağı vaxtı açıqladı

29/01/2023 10:58

Qaranlıqda televizora, telefona baxmaq niyə təhlükəlidir? – Oftalmoloqlar

29/01/2023 10:39

İranda güclü zəlzələ: 600-ə yaxın yaralı var

29/01/2023 10:26

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29/01/2023 09:33

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar

29/01/2023 09:25

Mourinyu “ağ bayraq” qaldırdı: “Onlara layiq rəqib yoxdur”

29/01/2023 09:20

Gəncədə zəlzələ baş verib? – RƏSMİ AÇIQLAMA

29/01/2023 09:03

Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqladı

29/01/2023 09:01

Pərvin dərin ayaq dekoltesi ilə GÜNDƏMDƏ – FOTOlar

29/01/2023 03:33

“O, bu mükafatı almaq üçün 500 manat ödəmişdi, sonra yazmışdı ki..”

29/01/2023 03:29

Rəşad Dağlı əfvə düşəcəkmi? – CAVAB

29/01/2023 03:18

Incendio de deposito de gas natural em Chiba, proximo a Toquio. Foto: Asahi/Reuters

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29/01/2023 03:12

İranda Müdafiə Nazirliyinin zavodunda güclü partlayış olub – VİDEO

29/01/2023 02:04

Saunaya çox gedənləri bu təhlükə gözləyir – XƏBƏRDARLIQ

29/01/2023 00:36

NATO kursunu bitirən İLK qadın hərbi qulluqçumuz – FOTOLAR

28/01/2023 23:14

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində olublar – FOTO

28/01/2023 23:12

İlham Əliyev: “Bu qanlı terror hərtərəfli araşdırılmalıdır”

28/01/2023 23:06

Şəhidimiz Orxan Əsgərovun nəşini ölkəmizə gətirən təyyarə NİYƏ LƏNGİYİR?

28/01/2023 22:47

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.