Rusiyanın Sankt-Peterburq şəhərində sükan arxasında olan sürücü əvvəl qəsdən yol nəqliyyat hadisəsi törətmək istəyib, lakin buna müvəffəq olmayandan sonra avtomobili tərk edərək özünü Neva çayına atıb.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Son məlumata əsasən, hazırda həyatına qəsd edən şəxsin kimliyi dəqiqləşdirilir, xüsusi xilasetmə dəstələri isə onun cəsədini axtarır.