Ataşehirdəki (Türkiyə) ofisin səkkizinci mərtəbəsindən yerə düşən bələdiyyə işçisi Şeyda Yılmazın son görüntüləri ortaya çıxıb.
Milli.Az xəbər verir ki, kadrlarda Yılmazın iki nəfərlə birlikdə liftə daxil olduğu görünür. Bundan əlavə, həmin gecə daha iki nəfərin onun ofisində olduğu və bu şəxslərin də qanlarında kokain olduğu müəyyən edilib. Yılmaz ailənin vəkili Merve Uçanok “Şeyda intihar etmədi, intihar etməsi üçün heç bir səbəb yox idi. Sağlamlığı, ağlı və əhval-ruhiyyəsi yaxşı idi” deyib. Həmin şəxslər 25 yaşlı Məhəmməd Dəmir və 35 yaşlı Emre Ateşdir. Ömürlük həbs tələbi ilə Demir və Ateşə qarşı iddia açılıb.