Elbrus faciəsindən əvvəl turistlər dağa dırmaşarkən fövqəladə vəziyət halında nə edəcəkləri ilə bağlı təlim keçiblər. Bunun üçün onlar İrina və Anna adlı qızları qucaqlarında daşıyıblar.

Ssenariyə əsasən Anya gəzə bilmir, İra isə ayağından yaralanır. Qalanları isə zərərçəkənərin çantalarını daşıyır.

Məsələ burasındadır ki, geri dönüşdə hər iki qız həlak olub. Onlardan birinin halı pisləşir, digərinin isə ayağı qırılır.

Sosial şəbəkələrdə həmin təlimin görüntüləri yayılıb.

Xatırladaq ki, sentyabrın 23-də bir qrup turist Elbrus dağında 5400 metr hündürlükdə qar fırtınasına tuş gəlmişdilər. Faciə nəticəsində beş nəfər həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi açılıb.