Daxili İşlər naziri, general-polkovkin Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini təyin olunub.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, R.Vallehov daha öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.